İKİTƏRƏFLİ YALAN : FBİ HAKERLƏRİ NECƏ BARMAĞINA DOLAYIR
2001-ci ilin soyuq yanvar
ayında, Londondakı ABŞ səfirliyinin qapısını 20 yaşlı cavan oğlan açır. Onun
bura tələbələrin təhsil proqramı üçün
viza almağa gəldiyi düşünülsə də, əslində o, vaxtilə ABŞ-dakı bəzi maliyyə şirkətlərinə
ciddi zərər vuran və buradan külli miqdarda pul qazanan bir hakerdir. Adı
Maksim Popov’dur və cənubi-avropa hakerlərinin qrupundandır. O, ABŞ’a getməklə
İT təhlükəsizliyinin qorunmasına dair yeni startap yaratmağı və hakerlikdən
birdəfəlik əl çəkməyi planlaşdırır, amma hələ ki, onu qarşıda nə kimi sürprizlərin
gözlədiyindən xəbəri yoxdur.
İndi o, səfirliyin ona
verdiyi otel otağında oturub, ekstaz vəziyyətindəki kimi, ABŞ’da keçirəcəyi
günlər haqqında düşünür, axı o hazırda beynəlxalq səviyyədə axtarışda idi və
uzun müddətdir ki, saxta sənədlərlə yaşayırdı. Dörd ay sürən danışıqlardan
sonra, o nəhayət ki, ABŞ hökuməti ilə dil tapa bilmişdi və sistemdəki
boşluqları göstərməyin qarşılığında yaxşı işlə təmin olunacaqdı. Amma təyyarədən
endiyi zaman, onu hava limanında şirkətin işçiləri deyil, FBİ əməkdaşları
qarşıladı və tutulan kimi dərhal izolyatora salındı. Sonra həmin yerə fedaral
prokuror və vəkil təşrif buyurdu və bildirdilər ki, əgər köhnə haker dostlarını
satmasa, həbs olunacaq. Popov yalnız indi tələyə salındığını başa düşdü.
Onu əvvəlcə ev dustağı
etdilər, sonra əlinə bir noutbuk verib, köhnə dostları ilə əlaqə qurmağı
tapşırdılar. Amma Popovun əlində öz kozrları var idi və dostları ilə əlaqəyə
çıxarkən onlara bütün həqiqəti üstüörtülü şəkildə izah etdi. FBİ isə bunu üç
aydan sonra bildi. Popov özünü elə göstərirdi ki, guya doğurdanda dostlarını
satmağa hazırdır ,amma əslində o sadəcə vaxtı uzadırdı. Axırda FBİ əməkdaşları
diqqətlə log-lara baxarkən, Popovun onları barmağına doladığını gördülər və onu
evdən çıxarıb, yenidən həbsxanaya göndərdilər. Amma Popov yenə də dostlarını
satmır və sonadək dirəşirdi.
Belə görünür ki, artıq
Popovun işi bitib , dəmir barmaqlıqlar arxasında və sonsuz məhkəmələrdə ömrü
beləcə çürüyəcək . Amma bu yerdə hekayəyə yeni bir oyunçu girir. Bu, Ernest Hilbert adında bir FBİ agentidir,
hansı ki, Popov kimi adamların hökumətə necə lazım olduğunu yaxşı bilir.
Hilbert başa düşürdü ki, ABŞ hazırda kibercinayətkarlığın pik həddini yaşayır.
90-cı illərin sonunda hakerlik gənclər arasında xüsusi trendə çevrilmişdi.
2001-də rus və ukraynalı hakerlər CarderPlanet adlı sayt yaratmışdı ki, bu sayt
az qala hakerlərin çörəkağacına çevrilmişdi. Orda oğurlanmış kredit
kartlarından tutmuş, gizli dövlət sənədlərinə qədər hər şey satılırdı. Üstəlik,
sayt heç kimdən çəkinmədən reklam da olunurdu, eBay kimi reytinqi var idi və hər
gün ora minlərlə yeni istifadəçi gəlirdi. Hilbert bu sistemi dağıtmaq qərarına
gəlir. Amma bunu etmək üçün, əvvəlcə FBİ’nin məzələndiyi ukraynalı hakerin
etimadını qazanmaq lazımdır.
Maksim Popov Kievdən iki
saatlıq məsafədə yerləşən və min yaşı olan Jitomir şəhərində anadan olub. Onun
gəncliyi sovetlərin dağılmasından sonra yenicə müstəqillik qazanmış Ukraynada
keçib. İnternetin və kömputerlərin həmin dövrdə yenicə peyda olması onun həyatında
ciddi rol oynayıb, İT sahəsinə marağı olduğunu görən atası ona İBM XT kompüteri
və modem aldı. Beləcə Popov internetə çıxış əldə etdi. Həmin dövrdə ən şiddətli
maraq kredit kartlarının məlumatlarının oğurlanması idi. Demək olar ki, bütün
hakerlər işlə məşğul idi. Amma Popov bununla kifayətlənmək istəmir, biraz da dərinə
gedib çoxlu pul əldə etmək haqqında düşünür.
Həmin dövrdə Popov oğurluq kredit kartlarının hesabına xaricdən
bahalı əşyaları alıb satmaqla məşğul idi. Bundan xəbər tutat yerli banditlər
ona tez-tez baş çəkməyə gəlir və onu polisə verməklə hədələyib pul alırdılar.
Sonralar Popov başa düşdü ki, özü də bu taktikadan istifadə edə bilər. Bir müddət
sonra o, dostları ilə birgə bir şirkətin serverini dağıtdılar və istifadəçilərin
məlumatlarını oğurladılar. Sonra həmin şirkətə zəng vurub təhlükəsizlik
haqqında konsultasiya təklif etdilər və susmağın əvəzində külli miqdarda pul
aldılar.
2000-ci ildə isə onlar
Vaşinqtonda yerləşən E-Money adlı ödəniş sistemini dağıdıb 38 min nəfərin
hesabını oğurladılar. Daha sonra Vestern Union adlı şirkətdən isə 16 min yazı əldə
etdilər. Popov həmin şirkətlərin rəhbərləri ilə danışıqlara getdi və hərəsinə məlumatları
yox etməyin əvəzində 100 min dollar təklif etdi. Amma bu dəfə nəticə çox pis
alındı. E-Money şirkəti qəsdən danışıqları uzadırdı və gizlicə FBİ ilə sövdələşmişdi,
Vestern Union isə, dağıdıldıqlarını rəsmi şəkildə bəyan edib Popovla
danışıqlardan çıxdı. Bu ardıcıl məğlubiyyətlərdən sonra Popovun reptasiyası kəskin
şəkildə düşməyə başladı.Bir yandan banditlər, bir yandan da öz həmkarları
arasında konfliktlər yarandı. Popov Bütün bunlardan bezib, ölkəni tərk etmək qərarına
gəldi. O, hesab edirdi ki, ABŞ’da köçüb orda “tövbə etmiş” haker kimi işləyə
bilər və İT təhlükəsizlik təminatçısı ola bilər. Amma nəticədə FBİ tərəfindən tələyə
salındı və həbsxanaya düşdü. Ən azından agent Hilbert oyuna girəndən sonra vəziyyət
dəyişdi.
Ernest Hilbert 29
yaşlı,evli və çox hiyləgər bir FBİ agentidir. O, əvvəllər tarix müəllimi işləmiş,amma
sonra agent olmaq qərarına gəlmiş, kibercinayətkarlar şöbəsində işə düzəlmiş və
sahədə çox ciddi uğurlar əldə etmişdi. Hilbert hakerlərə çox yaxşı bələd idi və
bir neçə peşəkar hakeri aldadıb öz tələsinə sala bilmişdi. Popov haqqında eşidəndə
isə, o çox sevindi , çünki rus dilini peşəkar bilən və post-sovet məkanında
yaxın ətrafı olan bir hakerin onun əlinə düşməyi möcüzə idi. Burda hiyləgərlik bundan
ibarət idi : Popovun inamını qazanmaqla onun biliklərindən başqa hakerləri tələyə
salmaq üçün istifadə etmək.
Popovu həbsxanadan azad
edib, ofisə yerləşdirdilər. Kirilcə klaviaturası olan bir kompüter verdilər.
Danışıq belə idi ki, Popov məxfi FBİ agenti olmalı idi və bunun üçün nə dostlarını
satmaq tələb olunmurdu. Popov razılaşıb bütün sənədlərə qol çəkdi ki, təki həbsxanadan
canı qurtulsun. İndi onun qaldığı ofis, həbsxana ilə müqayisədə , az qala
prezident apartamentinə bənzəyirdi. Popov burda nə istəsə edə bilərdi.
Bir dəfə şükranlıq günündə
Hilbert Popovun yanına gəldi. Onun üçün qızardılmış hind quşu və “King of
Rings” filminin DVD diskini gətirdi. Onlar birlikdə oturub, filmə baxa-baxa
doyunca yeyib içdilər və həyatlarında baş vermiş macaralar haqqında uzun uzadı
səmimi söhbət etdilər. Popov başa düşürdü ki, hazırda Hilbert onun yeganə
dostudur və onunla yaxşı münasibət qurmaq üçün əlindən gələni etməlidir. Bəlkə
də azadlığın açarı məhz Hilbertdədir.
Əməliyyata “Ant City” adı
verdilər . Popov post-sovet məkanın hakerləri ilə əlaqəyə girirdi və onların şəxsiyyətini
və ya qaldığı yerləri müəyyənləşdirməkdə Hilbertə köməklik edirdi. Onlar daha
çox CarderPlanet saytına fokuslanmışdılar. Orda oğurlanmış kredit kartlarının
satışı ilə məşğul olan adamlara pul təklif edib, alış-veriş edirdilər. Hilbert
isə həmin adamların şəxsiyyətini öyrənib, mərkəzə bildirirdi.
Onun ən böyük nailiyyətlərindən
biri də, CarderPlanet saytının adminlərindən birini, Script ləqəbli hakeri ifşa
etmək oldu. Popov onunla İCQ vasitəsilə əlaqəyə girmişdi və 400 dollara oğurluq
kartları alacağı barədə razılığa gəlmişdi. FBİ'nin 400 dollara heyfi gəlmirdi,
çünki bunun əvəzində pul köçürmələri edərkən hakerin şəxsiyyətini müəyyənləşdirmək
olurdu.
2003-cü ildə DPİ şirkəti
tarixində ən böyük hack yaşadı, ordan 8 milyon istifadəçinin bank hesabları
oğurlanmışdı. Popov dərhal işə girişdi və
21 yaşlı RES adlı rus hakerdən hadisəni törədənləri tapdı. Popov oğurlanmış
kartların əvəzinə 200 min dollar təklif etdi, amma əvvəlcə bildirdi ki, həmin
kartların bir hissənini görmək istəyir (bununla Hilbert kartların həqiqətən
oğurlandığına əmin olacaqdı) . RES bu təklifə güldü, çünki Popovu tanımırdı və
onun 200 min dolları olmasına inanmırdı. Hilbert yenə də bir hiylə işlətdi.
O,Popova kostyum geyindirib banka
apardı, xəziyə daxil olub və 200 min dolları stolun üstünə yığıb, şəkil çəkdirdi. Bu hərəkət rusları inandırdı.
Ardınca Popov bildirir ki, guya “Hermest-Plast”
adlı şirkətin rəhbəridir və RES’ə öz şirkətində iş təklif edir. O, RES’ə öz
şirkətinin saytını, emaili və fax nömrəsinini göndərdi. Nəticədə, RES bu təklifi
yedi və elə həmin günün axşamı Popova fax’la öz şəxsiyyət vəsiqəsinin surətini
göndərdi. RES’in şəxsiyyəti müəyyənləşdirdikdən sonra Hilbert işə başladı və
onun yerini həmkarlarına bildirdi.
Təbii ki, “Hermest-Plast”
Hilbert tərəfindən uydurulmuş bir şirkət idi və sırf RES’i tələyə salmaq üçün
yaradılmışdı. Onlar hətta bunun üçün sayt da yaratmışdılar. Popov bilirdi ki,
bütün hakerlərin arzusu normal və pullu iş tapıb, ölkədən əkilməkdir.
Səkkiz aylıq işdən sonra
Popov nəhayət ki, məhkəmənin qərarı ilə tam azadlığa qovuşdu. Artıq o FBI ilə əməkdaşlıq
etməyə məcbur deyildi. Hilbertlə birgə o, oğurlanmış 400 min kredit kartlarının
kimliyini və onlarla hakerin şəxsiyyətini müəyyənləşdirməyə köməklik etmişdi.
Amma həmin hakerlərdən heç birini ekstradisiya etmək mümkün olmadı. “Ant City” əməliyyatı
artıq bitmiş sayılsada, Hilbert Popovu təkrar FBİ’də işə düzəltməyə çalışırdı və
bunun üçün qalmağa yer və min dollar təqaüd ayırmağa nail olmuşdu. İndi Popovun
qaldığı mənzil DisneyLand’dan 13 km aralıqda sakit bir məhəllədə yerləşirdi.
Onun ABŞ’dakı vizası anlaşılmaz idi, çünki nə greencart’ı nə də sosial
sığortası yox idi. Buna görə də, ABŞ’da legal iş tapa bilməyəcəyini başa
düşürdü. Bir yandan da, o öz valideynləri və köhnə dostları üçün daxırmışdı.
ABŞ’dakı sərgüzəştləri ona böyük bir psixoloji sarsıntı yaşatmışdı.
Bir gün o, hər şeydən
bezdi. Gecə klubuna girib nəyi var içdi, sonra küçəyə çıxıb bir siqaret
yandırdı və rastına çıxan birinci adama möhkəmcə yumruq ilişdirdi. Adam dərhal
huşunu itirib yerə sərildi . Nə etdiyini yaxşı bilən Popov elə yerindəcə polisə
zəng vurdu və adamı vurduğunu etiraf etdi. O, yenidən Ukraynaya qayıtmaq
haqqında düşünürdü və yaxşıca bilirdi ki, bu hərəkətinə görə onu həbsxanaya
deyil, öz evinə göndərəcəklər. Nəticədə Popov məqsədinə nail oldu. Onu Ukraynaya
deportasiya etdilər.
Hava limanında gedərkən
Hilbert onu yola salmağa gəldi. Möhkəmcə qucaqlaşıb, sağollaşdılar. Hilbert başa
düşürdü ki, Popovu sonuncu dəfədir görür və Ukraynaya gedəndən sonra yenə də
dinc durmayacaq. Sizə xatırladıram ki, Popov elə bir tip adamlardandır ki,
qorxunun nə olduğunu bilmir. Şübhəsiz
onun ABŞ’dakı macəraları onun gələcəkdə gördüyü işlərə ciddi təsir göstərəcək və
FBI’dan bütün etdiklərinə görə qisas alacaqdı.
Aylar keçdi... Hilbert yenə
əvvəlki işində qalıb hakerlərlə əlaqə yaratmağa davam edirdi. O arada bir
Popovla əlaqə saxlayırdı və Popov ona köhnə dostluğun xatirinirə bəzi şeylərdə
köməklik edirdi. Bəzən ona oğurlanmış kartlar haqqında xəbər verirdi. Hilbert
öyrəndi ki, Popov hansısa bir şirkətdə işə düzəlib və arada haker dostları ilə əlaqə
saxlayır. O, Popova dəfələrlə ABŞ-a gəlməyi
təklif etsə də, Popov razılaşmırdı və hayatından məmnun olduğunu bildirirdi.
2005-ci ildə EMC şirkətinin
bank əməliyatları üzrə kodları hakerlərin əlinə keçdi. Popov dərhal həmin şirkətin
rəhbərləri ilə əlaqə saxladı və bildirdi ki, onları dağıdan hakerləri tanıyır və
kodu məhv etməyin əvəzində 100 min dollar tələb edir. Onlar əvvəlcə Popova 30
min dollar göndərdilər və bildilər ki, qalanını yaxın bir il ərzində hissə hissə
ödəyəcəklər. Az sonra Hilbert baş idarəyə çağırıldı. Ondan Popovun şəxsiyyətini
dəqiqləşdirməsini tələb etdilər, amma Hilbert bundan imtina etdi. Üstəlik öz iş
kompüteri ilə, Popova məktub yazıb ona xəbədarlıq etdi və bildirdi ki, EMC-dən
uzaq dursun.
FBİ-nin kibercinayətkarlar
şöbəsi daim hakerləri ifşa etməklə məşğul idi və bu işdə onlara ən ciddi köməkliyi
Hilbert edirdi. Popovun sayəsində o dağıdılmış bank hesabları barədə məlumat
toplayırdı. Lakin günlərin birində, Popov ona çox təhlükəli bir xəbər verdi – o
bildirdi ki, FBİ-nin özünü də dağıdıblar.
Həmin dövrdə ABŞ mobil
operatoru AT&T-in serverləri FBİ ilə müştərək işləyirdi. Hakerlər əvvəlcə
AT&T-ni dağıdıb ordan gizli yazışmalarını əldə etmiş, sonralar isə fbi.gov adlı domendə yerləşən bütün poçt
qutularının hesablarını əldə etmişdilər.
Hilbert bu xəbərdən
sarsıldı. Əvvəllər bu səviyyədə hack olmamışdı. Axı ölkənin bir nömrəli təhlükəsizlik
orqanın dağıdılması – özü də ruslar tərəfindən – böyük bir rüsvayçılıq idi.
İndi bu məlumatların terrorçuların əlinə keçməsi məsələni biraz da çətinləşdirərdi
və FBİ dünyada öz loyallığını itirərdi. Hilbert başa düşürdü ki, bu hadisənin fəsadları
ondan yan keçməyəcək. Buna görə nəyin bahasına olursa olsun , bu işi sona
çatdırmaq lazım idi.
Popov FBİ-nin
dağıdılmasında Peterburg universitetinin tələbəsi Sokovlov'un əlinin olduğunu
bildirdi. Hilbert öz əməkdaşları ilə məsələnin dərinliyinə gedib, bunun həqiqət
olduğunu aydınlaşdırdı. Az sonra FBİ Sokolov haqqındakı məlumatları İnterpola
ötürdü və onun ABŞ'a ekstradisiya ediməsi barədə əmr verdi. Popov isə əməkdaşlıq
etdiyi üçün ABŞ hokumətindən 10 min dollar qonorar aldı.
Bu hadisədən sonra FBİ
bütün əməkdaşlarını bir yerə toplayıb ciddi araşdırmaya start verdilər. O zaman
bu məsələ hətta ABŞ prezidenti Corc Buşa qədər gedib çıxmışdı. Araşdırmalardan
sonra bir çox FBİ əməkdaşları öz səriştəsizliyinə
görə istefaya göndərildi, bəziləri isə hətta həbs edildi. Baş idarə öz üzvlərinin
yazışmalarını bir-bir yoxlamağa başladı. Nəticədə Hilbert də bu repressiyadan
yan keçə bilmədi.
Həmin vaxt Hilbert şöbə rəhbəri
olmaq üçün baş idarəyə öz namizədliyini göndərmişdi.Amma çox keçmədi ki, baş
idarədən rədd cavabı aldı. Üstəlik ona bildirdilər ki, onun şöbə rəhbəri
olmağından söhbət belə gedə bilməz. Sonralar Hilbert hiss etdi öz yaxın iş
yoldaşları ona qarşı soyuq davranmağa başlayıblar. Elə bil o, nəsə bir günah
işlətmişdi.
Hilbert bunun səbəbinini
çox gec öyrəndi. Məlum oldu ki, FBİ öz əməkdaşlarının yazışmalarını araşdırarkən
, Hilbertin Popova yazdığı “EMC'dən uzaq dur” adlı xəbərdarlıq məktubu tapıblar
– ki, bu da gizli məlumatlarının ötürülməsi demək idi . Hilbert başa düşdü ki, bu hadisədən sonra o, nəinki
yuxari vəzifəyə qalxmayacaq,hələ üstəlik
onu istefaya getməyə məcbur edəcəklər. Bir neçə ay sürən məhkəmələrdən sonra
Hilbert hər şeydən bezdi və həmkarlarının təzyiqi nəticəsində istefa verdi.
O, bir neçə ay işsiz qaldı
və uzun sürən depresiyadan sonra hansısa mebel şirkətində menecer kimi işləməyə
başladı. O, hesab edirdi ki, FBİ onunla çox ədalətsiz rəftar edib. Axı bu qədər
yüksək nailiyyətlərin qarşılığında, belə xırda ittihama görə və üstəlik
günahsız yerə işdən atılmaq həqiqətən də çox alçaldıcı görünürdü. Hilbert ildə
cəmi 50 min dollar maaş alırdı, halbuki bunun əvəzində bir çox şirkəti
milyonlarla dollarlıq itkidən xilas etmişdi. İndi FBİ'nin bu rəftarından sonra,
onun hakerlərə rəğbəti yaranmışdı.
2011-ci ildə Wired
jurnalından olan bir müxbir Popovdan interview almış və çoxlarını şoka salan
bir məlumat əldə etmişdi. Popovun dediyi sözlər bir çox qaranlıq qalan şeylərə
aydınlıq gətirdi. O, etriraf etdi FBİ-nin hack olunmasında özü də iştirak edib.
O, elə rusiyalı tələbə Sokolovla birlikdə AT&T şirkətinin serverinin
dağıdıb, onunla birgə FBİ-nin bütün gizli mesajlarını, email hesablarını əldə
etmişdilər. Onlar əvvəlcə AT&T ilə danışıqlara gedib onlardan sirri qorumaq
əvəzinə pul tələb etmiş, amma şirkət onlara rədd cavabı verəndə Popov Hilbertə
FBİ'nın dağıdılması barədə xəbərdarlıq etmişdi. Popov bilirdi ki, əgər AT&T
rədd cavabı versə, onda FBİ mütləq onlarla razılaşacaq.
Şübhəsiz, Popov FBİ-nin
dağıdılmasından çox şey qazandı. Həm qonorar, həm də qisas. O vaxt həbs olunan
və işdən atılan FBİ əməkdaşlarının çoxu Popovu aldadıb ABŞ-da tələyə salan
adamlar idi. O, Sokolovun kimliyini üzə çıxardığı üçün qonorar aldı və sonra
pulun bir hissəsini elə Sokolovun özünə göndərdi. Sokolov buna etiraz etmirdi,
çünki bilirdi ki, Rusiya onu heç vaxt ABŞ'a ekstradisiya etməyəcək.
Bax, beləcə Popovun planı
baş tutdu. Amma jurnalistə müsahibə verən zaman, o bildirdi ki, Hilbertin
karyerasını dağıtmaq kimi bir planı yox idi. “Hilbert həmişə mənimlə yaxşı
münasibətdə olub – Popov deyir – O vaxt mənim həbsxanadan xilas olmağımda onun əməyi
danılmazdır. Onun karyerasının dağılmağına görə təəssüflənirəm.” Popov indi
şükranlıq günündə Hilbertə birgə qızardılmış hind quşu yedikləri günü yaxşı xatırlayır
və bildirir ki, Hilbert onun yeganə dostu idi.
İndi Popovun 35 yaşı var, qeyri
rəsmi mənbələrə görə, hazırda Rusiyada yaşayır və qərb banklarını qarət etməklə
məşğuldur. O, bir neçə peşəkar hakerlə birlikdə komanda yaradıb, bankların serverinə
virus yerləşdirir , plastik kartların hesablarını dondurur və virusu silməyin əvəzində
Bitcoin tələb edirlər.
Hilbertlə Popovun “Ant City
” əməliyyatı tarixdə ilk dəfə hakerləri çökdürmək üçün ortaya atılmış bir plan
idi. Amma sonda onların əziyyəti, dağıdılmış banklar haqqında məlumat toplamaqdan
və hakerlərin şəxsiyyətini müəyyənləşdriməkdən
başqa heç bir işə yaramadı. O vaxt Popov Hilbertə canla-başla kömək
edirdi, çünki bilirdi ki, onların əməyi zay olacaq və həmin hakerlərin heç
birini tuta bilməyəcəklər. Bütün bunlar Popovun vaxtından əvvəl azadlığa
çıxmağına şərait yaratdı. Yerdə qalan hər şey öz axarında gedir. Banklar qarət
olunur, məxfi dövlət sənədləri oğurlanır və s.
Skyfall filmində Kyü-nun dediyi kimi, “Mən öz evimdən bayıra çıxmadan,
divanda uzanıb əlimdəki noutbukla, sizin üçün daha da ciddi xaos yarada bilərəm, nəinki
siz öz silahlı kostyumunuzla ”.
Комментарии
Отправить комментарий